3 gündür Suraxanıda işıq da yanmır, su da gəlmir
22
iyl
2025
10:13
Bakının Suraxanı rayonunda bir neçə gündür ki, işıq və su problemi yaşanır.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, fasiləli şəkildə verilən kommunal xidmətlər gündəlik həyatı çətinləşdirib.
"3 gündən artıqdır ki, ərazidə nə işıq və nə də su. Yolun sağ tərəfi Sabunçu rayonudur. Orada işıqlar yanır. Bizim dərdimizə isə çarə olan yoxdur", - deyə şikayətçi vurğulayıb.
Oxşar xəbərlər
Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb
Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib. Kənd sakini 2012-ci il təvə...