SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İŞİD terror təşkilatı daha bir dəhşətli edam üsulunə əl atıb.

 

BAKU.WS-in məlumatına görə, terroçular Liviyanın Dərnə kəndində casusluqda günahlandırılan 43 yaşlı Ruşdi Umranı vəhşicəsinə edam ediblər.

İŞİD-çilər şəriət adı altında çıxarılan qanunə əsasən casusluqda günahlandırılan şəxsi avtomobilin arxasına bağlayaraq sürüyüblər. Ruşdi Umran canı çıxana qədər tozlu yollarda parçalanıb.


Bundan əlavə 23 yaşlı Muhammed Ali Emreni isə güllələyiblər. Onu öldürməmişdən əvvəl məcbur ediblər ki, öz məzarını qazsın.

Baş verən qanlı cinayətləri çəkərən internetdə paylaşan İŞİD terrorçuları onlara meydan oxuyanların aqibətinin belə oalcağını bildiriblər.

Ziya Səccad

BAKU.WS