"Zəngilan" və "Şayıflı" elektrik stansiyalarında istehsal olunan enerji həcmi məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Zəngilan" və "Şayıflı" su elektrik stansiyalarında istehsal olunan enerji həcmi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyaları istismara verilib. "Zəngilan" KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, "Şayıflı" KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" KSES-də 25,1 mln. kVt·st, "Şayıflı" KSES-də isə 29,8 mln. kVt·st", – qurumun paylaşımında qeyd olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...