"Əsl kişi sədaqətli olandır" - Nardaranlı ağsaqqaldan həyat dərsi

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini hacı Səməd Hidayətli olub.
Keçmişdəki sevgi münasibətlərindən danışan hacı Səməd Hidayətli o vaxtlar məhəbbətin daha güclü olduğunu söyləyərək bunun səbəbini belə izah edib: "Çünki cütlüklər arasında təmənna yox idi, sevgi ürəkdən gəlirdi".
"Ən böyük sərvət nədir?" sualını cavablandıran Nardaran sakini "Təmiz ad. Dünyada ondan başqa heç nə qalmır" deyib.
Kişinin gücündən danışarkən isə "onun gücü sözündədir. Hərəkət bundan sonra gəlir. Kişi sədaqətlidirsə, evin dirəyi olur", - deyə bildirib.
Verilişdə onunla Nardaranı digər kəndlərdən fərqləndirən xüsusiyyətlər, sovet dövründə dinə qarşı tətbiq olunan məhdudiyyətlər, keçmişin və indinin dərviş toyları arasındakı fərqlər haqqında da söhbət aparılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Yuxuya getməkdə çətinlik çəkirsinizsə, səbəbi evli olmamağınız ola bilər
İstanbulda aparılan araşdırmaya görə, evli insanlar yuxuya daha asan gedir, evli olmayanlarda isə yuxuya getmək çətinliyi daha çox müşahidə olunur. Araşdırmaya...
