Qənirə Paşayevanın büstü hazırlandı
18
may
2025
10:01
Mərhum deputat Qənirə Paşayevanın büstü hazırlanıb.
BAKU.WS xəbər verir ki, büstün müəllifi heykəltəraş Elxan Zeynalovdur.
"Dərin hörmət və ehtiramla bu büstü millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb.
Bu iş mənim üçün sadəcə sənət yox, həm də bir borc idi - onu tanıyan və sevən biri kimi", - Elxan Zeynalov sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə vəfat edib.
Qalereya
Oxşar xəbərlər
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər. BAKU.WS "Xəzər TV"yə istinadl...