SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində "Range Rover" markalı minik avtomobilinin "KamAz" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

APA isə xəbər verir ki, qəza aeroport yolunda baş verib və xəsarətlə nəticələnib. "Range Rover" markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan "Azəravtoyol" ASC-yə  məxsus "KamAZ" markalı texniki xidmət maşınına arxadan çırpılıb. FHN xilasediciləri  minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.   
Faktla bağlı araşdırma aparılır.
 
FOTO: APA
BAKU.WS