SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rövşən İsaxın rejissoru və ssenari müəllifi olduğu "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunacaq. Cərrahi əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, doktor Cəfər Nəsirli həyata keçirəcək.

İlham Hüseynov səhhəti ilə bağlı müsahibəsində bildirib ki, çanaq oynağında qığırdağın yeyilməsi prosesi gedir. Onun sözlərinə görə, əməliyyat əvvəlcə sağ çanaq oynağı, payız aylarında isə sol çanaq oynağında aparılacaq. 
 
BAKU.WS