VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən "Report"a verilən məlumata görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında qeydə alınıb.

Həmin "təcili yardım" stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gələrək keçmiş arvadını öldürmək istəyib. Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Yusifov Əflatun araya girərək kişinin bu əməlinin qarşısını almağa çalışıb. Lakin qarşı tərəf sakitləşməyərək qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS