5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Ötən gecə Bakının Nərimanov rayonu ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib. Hər iki yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.

BAKU.WS-in APA TV-yə istinadla verdiyi məlumata görə, Bəhruz Abdullayev idarə etdiyi Hyundai markalı avtomobillə "20 Yanvar” dairəsindən metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil qarşıda hərəkətdə olan və Şükür Nəsirovun idarə etdiyi "Mercedes- Gelandewagen” markalı avtomobilə çırpılıb.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, Bəhruz Abdullayevin avtomobilinə ciddi ziyan dəyib. Qəzadan sonra prospektdə 1 saata yaxın tıxac yaranıb. Hadisə yerinə gələn yol-patrul xidmətinin əməkdaşları avtomobilləri hadisə yerindən uzaqlaşdıraraq, nəqliyyatın hərəkətini bərpa ediblər. 
 
İkinci yol qəzasında isə yüksək sürətlə hərəkətdə olan və hələlik sürücüsü məlum olmayan "BMW X5” markalı avtomobil yolayırıcı səddə çırpılıb. Avtomobil yararsız hala düşsə də, sürücü avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşa bilib. Hər iki hadisə ilə bağlı araşdırma aparılır. 
 
BAKU.WS