Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlikram Həmid oğlu Mahmudovun qəflətən iş otağında halı  pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini izah edərək, təcili müalicə olunmasını tövsiyə ediblər. Ə. Mahmudov həkimin nəzarəti ilə  Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum ürəyində yaranan problem səbəbindən vəfat edib. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında  Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova müalicə alması tövsiyə edilib.
 
BAKU.WS