SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı sərhəddə uçan aparat vurduqlarını açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, Baş Qərargah 3 dəfə xəbərdarlıq edildiyini qeyd edib. Vurulan vasitənin pilotsuz uçan aparat (PUA) olduğu məlub: 
 
"Türkiyə qırıcıları Suriya sərhəddində uçan və hansı ölkəyə aid olduğu hələlik müəyyən edilməyən PUA-nı qaydalara uyğun olaraq atəş açaraq zərərsizləşdirib. Kilis yaxınlığında sərhədin sıfır nöqtəsindəki hadisə yerli vaxtla saat 12:30-da baş verib. Suriya sərhəddində uçan və hansı ölkəyə aid olduğu bilinməyən PUA düşməsindən sonra bölgəyə çox sayda əsgər cəlb edilib".
 
Qərargahdan bildirilir ki, əsgərlər bölgədə nəzarəti ələ keçirib və bir neçə komandir hərbi vertolyotla sərhəd xəttinə gəlib. Araşdırma aparılan əraziyə vətəndaşların yaxınlaşmasına icazə verilmir. 
 
BAKU.WS