"28 May"da bomba həyəcanı: vətəndaşlar təxliyyə olundu, polis ərazini nəzarətə götürdü (VİDEO)
21
dek
2017
14:30
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub. BAKU.WS-in məlumatına görə, "Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub, qatarlara bilet satışı dayandırılıb. Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir. Axtarışlara təlim görmüş itlər də cəlb edilib. Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub. BAKU.WS
Oxşar xəbərlər
Bakı vağzalında işıqlar qəfildən söndü - SƏBƏB PARTLAYIŞ
Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.BAKU.WS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"...