Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.
 
Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman "Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.
 
Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

BAKU.WS