SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mingəçevir şəhərində dönərçini elektrik cərayanı vuraraq öldürüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında  baş verib.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib. O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.
 
BAKU.WS