SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Xətai rayonunun Nobel prospektində ("Fəhlə" prospektində) güclü yanğın başlayıb.

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, sözügedən ərazidə 59 nömrəli orta məktəbin qarşısında, Kərim Ağakərimov küçəsində yerləşən yağdəyişmə kimi fəaliyyət göstərən məntəqələrdən birinin anbarında yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının sönürülməsi istiqamətində iş aparır.
 
BAKU.WS