SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib. 

BAKU.WS ARB Şəkiyə istinadən xəbər verir ki, onu dərhal təcili tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS