SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olunub.


BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.


Bildirək ki, sözügedən idarənin rəisi Rasim Musayev bir ay əvvəl qəflətən dünyasını dəyişib.


Xatırladaq ki Sahib Mirzəyev buna qədər İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb. 2012-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzləmişdi.

BAKU.WS