Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanal...