5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT


Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib.

BAKU.WS report.az-a istinadən xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarına şikayət edib.

Belə ki, Binəqədi rayonunda Bakı şəhər sakini 1980-ci il təvəllüdlü S.Nəsirova işə düzəltmək adı ilə 1965-ci il təvəllüdlü Ramiz Quliyevdən 4 min manat, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədovdan 1 500 manat, 1989-cu il təvəllüdlü Alı Əmirovdan 1 275 manat, 1986-cı il təvəllüdlü Ədalət Hüseynovdan 6 456 manat, 1977-ci il təvəllüdlü Hüseyn Həsənlidən 1 200 manat, 1985-ci il təvəllüdlü Bəxtiyar Axundovdan 800 manat, 1993-cü il təvəllüdlü Cəmil Nəbiyevdən 1 200 manat pul alıb.

Hazırda qeyd olunan faktlarla bağlı araşdırma aparılır.
 
BAKU.WS