SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Fövqəladə Hallar Nazirliyi Bakıda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində "Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
 
BAKU.WS