SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar hərbi birlikdə olublar.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, fəxri qonağın təntənəli qarşılanma mərasimi zamanı orkestr Türkiyənin istiqlal marşını və Azərbaycan Respublikasının dövlət himnini ifa edib. 

Sonra Şəmkir birliyindəki hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. 

Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.

Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb.

Sonda nümayəndə heyəti səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, dahi Nizaminin məqbərəsini, Nuri Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
 
BAKU.WS