Zaqatalada arvadını öldürən 83 yaşlı kişi polisləri də aldadıbmış
Zaqatalada baş vermiş qətlin üstü açılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və X. Səfərovanın hadisə yerində ölməsi barədə polisə məlumat verib. Verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürüldüyü müəyyən edilib və o, həbs edilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Oğuzda 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb
Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadi...