Məşhur boksçu vəfat etdi - 11 il əvvəl ZƏRBƏ ALMIŞDI
Puerto-Rikolu keçmiş məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Kolon 2015-ci ildə Terrel Uilyamsla döyüş zamanı başının arxa nahiyəsinə qayda pozuntusu ilə zərbələr alıb. Döyüşdən sonra özünü pis hiss edən boksçu xəstəxanaya aparılıb və beyninə qan sızdığı müəyyən edilib.
O, 221 gün komada qaldıqdan sonra 2016-cı ildə evə buraxılıb. Lakin aldığı ağır beyin zədəsi səbəbindən ömrünün qalan hissəsini yataq və əlil arabasından asılı vəziyyətdə keçirib.
Prichard Kolonun ölümü ilə bağlı WBO, WBC və WBA başsağlığı mesajları yayıb.
Oxşar xəbərlər
Harri Keyn "Qızıl top"un sahibi oldu
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2026-cı ildə "Qızıl top" mükafatına layiq görülüb. BAKU.WS xəbər verir ki, Fransanı...