4 rayonda yanğın törədən şəxslər saxlanılıb

4 rayonda yanğın törədən şəxslər saxlanılıb
Hadisə 38

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər