Bu gecə Cəlilabad rayonunda meşədə asılmış kişi meyiti tapılıb.
BAKU.WS-in məlumatına görə, hadisə Soyuqbulaq adlanan meşə zolağında qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin Əsəbli kənd sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov olduğu məlum olub.
Faktla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Cəlilabad sakini özünü meşədə asdı
06
okt
2015
1 378