SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

BAKU.WS xəbər verir ki, femida.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. İlkin ehtimala görə, "Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.
 
BAKU.WS