Azərbaycanda ayı 50 yaşlı kişiyə hücum etdi

Azərbaycanda ayı 50 yaşlı kişiyə hücum etdi
Hadisə 1016
 

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

BAKU.WS

Son xəbərlər