Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb
01
avq
2024
09:12
Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu "Megastrore" marketinin qarşısında qeydə alınıb.
Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobili ilə marketin qarşısında dayanmış, 1967-ci il təvəllüdlü Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonun Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda hüquqşünas necə qatil oldu? - Əmircandakı qətlin detalları - FOTO
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında...