SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün güclü külək Xırdalanda binalara və fərdi evlərə ciddi ziyan vurub. 
 
BAKU.WS-ə müraciət edən sakinlər küləyin evlərinə vurduğu ziyan barədə məlumat verib. Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən binaların üzərindən tökülən dam örtükləri ciddi maddi ziyan vurub. Xoşbəxtlikdən sakinlərdən heç kim xəsarət almayıb.
 
Ancaq hadisə nəticəsində çox sayda evə ziyan dəyib. Bununla yanaşı, binaların yaxınlığında olan avtomobillər əzilib. 
 
Sakinlərin sözlərinə görə, İcra Hakimiyyətindən və digər qurumlardan gəlib ərazidə baş verən hadisələrlə maraqlanıblar. Yararsız hala düşən evlərdə və binalarda təmir işlərinə başlanılıb.  
 
Şahin Həbibov
BAKU.WS