Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb - FOTO
Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi “DAEWOO” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çrıpılıb.
Zərbənin gücündən avtomobil hissələrə bölünüb.
Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-...