Fermada çətənə kolları yetişdirən dörd nəfər saxlanılıb - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Sabunçu polisi 1 ayda 60 nəfəri narkotikə görə saxlayıb - VİDEO
Sabunçu rayonunda son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 60 nəfər saxlanılıb. Daxili...
