Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.
***07:53
Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 07:43-də qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda yenidən zəlzələ oldu - RƏSMİ + YENİLƏNİB/VİDEO
Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqa...