Qəbələdə magistral yolda problem yarandı: Nazirlik hərəkətə keçdi - VİDEO

Qəbələdə magistral yolda problem yarandı: Nazirlik hərəkətə keçdi - VİDEO
Video
Hadisə 46

Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində iki ədəd irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə bölünərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Son xəbərlər