Güclü küləyin aşırdığı irigövdəli ağac magistiral yolu bağlayıb

Güclü küləyin aşırdığı irigövdəli ağac magistiral yolu bağlayıb
Foto Video
Hadisə 25

Ötən gündən başlayaraq əsən güclü külək nəticəsində Qəbələ rayonunda iki ünvanda irigövdəli ağacların aşması səbəbindən təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Belə ki, Bakı-Qəbələ magistral avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar. Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin üzərinə aşmış ağac hissələrə kəsilərək götürülüb və yaranmış təhlükə aradan qaldırılıb.

Son xəbərlər