Oğuzda bağlanan yolda hərəkət bərpa olunub - FOTO - YENİLƏNİB

Oğuzda bağlanan yolda hərəkət bərpa olunub - FOTO - YENİLƏNİB
Foto
Hadisə 34

Oğuzda bağlanan yolda hərəkət bərpa olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, güclü külək nəticəsində irigövdəli ağacların aşmasından sonra nəqliyyat vasitələri üçün bağlanan Oğuz-Bayan avtomobil yolu Yol İstismarı İdarəsinin təxnikaları və şəxsi heyəti tərəfindən açılıb.

Yola aşmış ağaclar doğranaraq yoldan götürülüb.

Hazırda yolda nəqliyyat vasitələri asanlıqla hərəkət edir. Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

***22:14

Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Son xəbərlər