Zaqatalada minik maşını piyadanı vurub

Zaqatalada minik maşını piyadanı vurub
Hadisə 33

Zaqatalada 14 yaşlı oğlanı maşın vurub.

Hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib.

2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.

Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Apa

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər