Zaqatalada minik maşını piyadanı vurub
23
iyn
2024
13:15
Zaqatalada 14 yaşlı oğlanı maşın vurub.
Hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib.
2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.
Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//Apa
Oxşar xəbərlər
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-5
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. "Report"un Şimal-qərb bütosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlə...