SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonundakı massivlərdən birində sakinlər zibil əlindən tərpənə bilmirlər.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Şikayətçilər bildirir ki, rayonun Atyalı yaşayış massivində zibillər geniş sahəni əhatə etdiyindən od vurularaq yandırılıb.

Lentə alınan kadrlarda tüstünün ətarafa yayılaraq qara bulud dumanı əmələ ətirdiyi əks olunub.

Baş vermiş hal ətrafda yaşayan sakinlərin haqlı narazılığna səbəb olub. Onlar bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem öz həll yolunu tapmayıb.

BAKU.WS sözügedən ərazidən görüntülər təqdim edir:

BAKU.WS
VİDEO