SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab rayonunda bədbəxt hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.

Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov "KamAZ" markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban, Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.

Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS