Zərdabda çoban yükün altında qalaraq öldü
17
iyn
2024
18:22
Zərdab rayonunda bədbəxt hadisə baş verib.
"Qafqazinfo" xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.
Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov "KamAZ" markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban, Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.
Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq, ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həbsxanadakı "söhbət"ə görə 2 nəfər öldü - Bakıda kütləvi davanın TƏFƏRRÜATLARI
CİNAYƏT İŞİ Qısa arayış... 11 fevral 2023-cü il Bakının Nizami rayonu Keşlə qəsəbəsində ölümlə nəticələnən kütləvi dava olur. Məlumatla əlaqədar polis və prokur...