Azərbaycanda ağır qəza - Ölənlər və yaralılar var

Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ-2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb.
Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib.
Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR
Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib...
