Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib

Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib
Hadisə 510

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Xəstəxanada həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024-cü il, saat 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər