SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün saat 15:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Şəki.Media-ya istinadən xəbər verir ki, VAZ 2107 markalı avtomobilin yolu keçən piyada 1953-cü il təvəllüdlü Rəsul Vəhbi oğlu Lətifovu vurub öldürdüyü hadisənin görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, R.Lətifov güclü yağışın yağdığı vaxt mağazadan çıxır və islanmamaq üçün başını örtür. O, yolun hərəkət hissəsinə baxmadan və yaxınlaşan nəqliyyat vasitəsini aydın görmədən qaçaraq yolun əks tərəfinə keçmək istəyir və bu zaman minik avtomobili onu vurur. Zərbədən 25-30 metr məsafəyə düşən piyada hadisə yerində vəfat edib.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO