Qəbələdə körpünü sel apardı - VİDEO

Qəbələdə körpünü sel apardı - VİDEO
Video
Hadisə 87

Güclü sel Qəbələ rayonunda fəsadlar törədib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sel suları rayonun Əmirvan kəndi yaxınlığından keçən Dəstəmaz çayı üzərindəki körpünü aparıb. Nəticədə körpü tamamilə yararsız hala düşüb.

Bu məqamda bildirək ki, güclü yağışdan sonra baş verən sel səbəbindən İsmayıllı-Lahıc yolunda da problemlər yaranıb. AAYDA yolda hərəkətin bərpa edilməsi barədə məlumat yayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər