Suraxanıda mənzildə meyit tapılıb

Suraxanıda mənzildə meyit tapılıb
Hadisə 50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər