AFFA tərəfindən 12700 manat cərimələnən "Sabah" apellyasiya şikayəti verməyəcək
AFFA İntizam Komitəsi tərəfindən 12700 manat cərimələnən "Sabah" klubu apellyasiya şikayəti verməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a klubdan bildirilib.
Qeyd edək ki, İntizam Komitəsi paytaxt təmsilçisini Azərbaycan Premyer Liqasının XXXVI turunda "Neftçi" ilə matçdakı qayda pozuntularına görə cəzalandırıb.
Bakı klubu Kahim Parris, Con İrasabal və Abdulax Xaybulaevin təcavüzkar davranışlarına və bu səbəbdən oyun zamanı aldıqları qırmızı vərəqələrə görə ümumilikdə 12000 manat cərimələnib.
"Sabah" digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün isə daha 700 manat ödəməli olacaq.
Oxşar xəbərlər
“Sumqayıt” klubunun tərcüməçisinin cəzalanmasının səbəbi müəyyənləşib
AFFA İntizam Komitəsinin “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayevi 2 oyunluq cəzalandırmasının səbəbi müəyyənləşib. BAKU.WS xəbər verir ki, bunu repor...