SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Günəşli kəndində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.

Məlumata görə, mərhum ailədə 3 bacı və 1 qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB-də açıqlama verib.

“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***20:36

Cəlilabad rayonunun Günəşli kəndində bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü Niftiyeva Zəhra Saleh qızı elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS