Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş
19
may
2024
22:20
Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.
Belə ki, o, dostunu xilas edərkən həyatını itirib.
Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:
"O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birinin ayağı büdrəyib və yıxılıb. Su həmin uşağı 4-5 metr irəliyə aparıb. Murad bu zaman ona kömək edib və dostunu sudan çıxarıb, sonra isə ayağının altından torpaq qaçıb və yıxılıb, su da onu aparıb".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Kürdə yaşanan dəhşətin TƏFƏRRÜATI - Oğlunun batdığını görən ana özünü çaya atıb - FOTO/VİDEO
Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub. BAKU.WS-in əldə etdiyi məlumata görə, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kü...