Goranboyun bir neçə kəndinə dolu yağıb
Goranboyun bir neçə kəndinə güclü yağış və dolu yağıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, dolu əsasən rayonun Zeynallı, Nərimanlı və Boluslu kəndlərinə düşüb.
Təxminən 10 dəqiqədən artıq davam edən təbiət hadisəsi zamanı tut, alça, ərik və digər meyvə ağaclarına zərər dəyib.
Dolu bir neçə avtomobil də zərər vurub. Sakinlər bildirib ki, son bir neçə ildə adıçəkilən kəndlərdə bu ölçüdə dolu müşahidə edilməyib.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında bölgədə Tovuz və Göygöl rayonlarına da dolu yağıb. Hazırda yağıntılı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Goranboyun dağ kəndlərinə güclü dolu yağıb, təsərrüfata zərər dəyib
Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib. "Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarında ya...