Həbsdəki qardaşına dolmanın içərisində narkotik keçirmək istədi
02
may
2024
19:11
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
BAKU.WS Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Narınginin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
Narınginin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb....